Əlcəzairdə yol-nəqliyyat hadisəsində 30-dan çox adam ölüb

Əlcəzairin cənubunda yerləşən Tamanrasset əyalətində yol-nəqliyyat hadisəsində azı 34 nəfər ölüb, 12 nəfər yaralanıb...

Xilasedicilərin məlumatına görə, yolsuzluq avtomobili və avtobus yerli vaxtla saat 04:15-də (Bakı vaxtı ilə 07:15) magistral yolda toqquşub.

Xilasedicilər yaralılara kömək etmək üçün dərhal hadisə yerinə gəliblər. Qəzanın səbəbləri araşdırılır.

Poliqon.info