Aİ yanğınlarla bağlı Yunanıstana yardım göndərib

Avropa İttifaqı Yunanıstandakı yanğınlarla bağlı bu ölkəyə yardım göndərib...

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Büdcə İnsan Resursları Humanitar Yardım və Böhranın İdarə olunması məsələləri üzrə sözçüsü Balazs Ujvarı bildirib.

Onun sözlərinə görə, hazırda Yunanıstanda Rumıniya, Polşa və Slovakiyadan olan yanğınsöndürənlər yunan həmkarları ilə birgə yanğına qarşı mübarizə aparırlar.

Həmçinin onlarla yanğınsöndürmə maşını, 4 təyyarə (İtaliya və Fransa göndərib - red.) bu işə cəlb olunub. Eyni zamanda, Avropa İttifaqının kosmik proqramının komponenti olan "Kopernikus" proqramı çərçivəsində yanğının miqyasını və nöqtələri müəyyənləşdirmək üçün peyk məlumatları Yunanıstanın müvafiq qurumlarına təqdim olunur.

Poliqon.info