Milli: Ukraynanın əks-hücumu iflasa uğramayıb...

Ukrayna əks-hücumunun gözləniləndən daha yavaş getməsinə baxmayaraq, uğursuzluqdan uzaqdır...

Poliqon xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib. Generalın sözlərinə görə, qarşıda hələ çox döyüşlər var.

Milli qeyd edib ki, Ukrayna öz resurslarının əhəmiyyətli hissəini hələ ki, istifadə etməyib.

“Ukrayna əsgərləri hələ ki, minalanmış ərazilərdən keçməyəı çalışır”, deyə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri vurğulayıb..

Milli Kiyevin öz ehtiyatlarını nə vaxt döyüşə çıxaracağı barədə sualı cavablandırmayıb.

Poliqon.info