Aİ gələn həftə Belarusa qarşı yeni sanksiya tətbiq edəcək...

Avropa İttifaqı Belorusa qarşi hərbi sanksiyalar paketini qeyri-rəsmi olaraq razılaşdırıb...

Poliqon xəbər verir ki, bu barədə üç avropalı diplomata istinadən Politico nəşri məlumat yayıb. Nəşr yazır ki, Avropa İttifaqı yeni anti-Belarus sanksiyalar paketini qəbul etməyə hazırdır.

Belarusa qarşı yeni sanksiyalar aviasiya sənayesi üçün hərbi texnika və komponentlərə qoyulan məhdudiyyətlərə əlavə olunacaq. Politico qeyd edir ki, bu sanksiyalar Belarus şirkətlərinin köməyi ilə Rusiyaya mal tədarükünün qarşısını almaq üçün tətbiq edilir.

Qəzet yazır ki, Aİ-nin növbəti sanksiya paketi Belarus gübrələrinə də tətbiq ediləcək. Nəşrin məlumatına görə, sanksiyaların gələn həftə Avropa Komissiyasının iclasında təsdiqlənəcəyi gözlənilir.

Poliqon.info