Rusiya BRİKS sammitində Putinin həbsini müharibə elanı olaraq qəbul edəcək...

Rusiya açıq şəkildə bəyan edib ki, prezident Putinin BRİKS sammitinə uçacağı təqdirdə həbsi Rusiyaya müharibə elanı olacaq...

Poliqon xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa deyib. Məlunmatı Bloomberg Agentliyi yayıb.

Siril Ramafosa bildirib ki, Pretoria indi Beynəlxalq Cinayət Məhkəməsi ilə məsləhətləşmələr aparır. CAR prezidenti onu da qeyd edib ki, hakimiyyət öz qanuni öhdəliklərini dərk edir və problemin həlli yollarını axtarır.

Qeyd edək ki, bundan əvvəl CAR-ın əsas müxalifət partiyası olan Demokratik Alyans hökuməti Putinin həbsi üçün BCM-nin verdiyi orderi icra etməyə məcbur etmək tələbi ilə ölkənin Ali Məhkəməsinə müraciət edib.

Poliqon.info