“Falcon 9”un buraxılışı uçuşa beş saniyə qalmış təxirə salınıb...

“Starlink” peykləri qrupunu orbitə çıxaracaq olan “Falcon 9” daşıyıcısının buraxılışı startdan beş saniyə əvvəl ləğv edilib...

Poliqon xəbər verir ki, bu barədə “SpaceX”in rəsmi Tvitter hesabında məlumat verilib.

Missiya “Starlink” mini peyklərindən ibarət peykləri orbitə çatdırmaq olub. Lakin naməlum səbəblərdən uçuşa 5 saniyə qalmış buraxılış ləğv edilib.

Qeyd edək ki, “Starlink” milyarder İlon Maska aid olan “SpaceX” şirkəti tərəfindən həyata keçirilən qlobal peyk sistemidir. Layihə dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan verir.

Poliqon.info