Ukrayna Krımda Rusiyanın hərbi bazasını vurub, iki min insan təxliyyə edilib...

Krımda poliqonda baş verən yanğın, çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin bütün Krımdakı hərbi obyektləri vura biləcəyini göstərir...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, çərşənbə axşamı gecə Krımın Kirovski rayonunda hərbi poliqonda yanğın baş verib və nəticədə silah-sursat anbarı partlayıb. Hakimiyyət “Tavrida” federal magistral yolunu bağlayıb və 2 mindən çox insanın təxliyə edildiyini bildirib.

Yerli ictimaiyyətin və bəzi hərbi teleqram kanallarının məlumatına görə, poliqin atəşə tutulub. Rusiya mətbuatı yazır ki, əgər yanğın Ukrayna ordusunun zərbəsi nəticəsində başlayıbsa, bu, Kiyevin indi bütün yarımadadakı hərbi obyektlərə zərbələr endirə biləcəyini göstərir.

Qeyd edək ki, yerli hakimiyyət yanğının səbəbini açıqlamayıb. “Kirovski rayonundakı poliqonda baş verən yanğının səbəblərini istintaq orqanları müəyyən edəcək”, deyə Krımın rəhbəri Sergey Aksenyev bildirib.

Bununla belə, insidentlə bağlı ilk xəbərlərin ortaya çıxdığı yerli “Крымский ветер” telegram kanalı sınaq meydançasında partlayışların gələnlərdən sonra başladığını yazıb.

Rusiyayönlü hərbi blogerlər yazır ki, poliqona hücum raketlə də həyata keçirilə bilərdi. “Два майора” telegram kanalı iddia edir ki, silah anbarı Ukraynanın “Qrom-2” kompleksindən də vurula bilərdi. “Rıbar” və “Grey Zone” kanalalrı isə zərbənin "Storm Shadow" raketlərinin səbəb olduğunu yazır.

“Mash” telegram kanalı yanğının silah-sursat anbarında başladığını və yerli sakinlərin iki saatdır ki, partlayış səsləri eşitdiyini yazıb. “Baza” bildirir ki, partlayışlar səhər saat 4:30 radələrində başlayıb və üç saatdan çox davam edir.

Krımın rəhbəri Sergey Aksenyev yanğın baş verən ərazidə Tavrida magistral yolunun bağlandığını açıqlayıb. Bundan əlavə, Krımın rəhbəri qeyd edib ki, poliqonun yaxınlığındakı dörd kənddən - Kriniçki, Aivazovskoye, Abrikosovka, Privetnoedən 2 mindən çox insanın təxliyəsi planlaşdırılır.

Poliqon.info