Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb".

Poliqon.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

“Vətəndaşların müraciətlərində üstünlük təşkil edən mövzular oldu. Müraciətlərin 350 məhkəmə qərarlarının icrası, 225 məişət zorakılığı, 129 işlə təmin olunma , 123 müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması, 91 müayinə və müalicə olunmaqda köməklikdən ibarət idi", - Dövlət Komitəsinin sədri vurğulayıb.

Poliqon.info