Britaniya nüvə müharibəsinə hazırlaşır: 5 il üçün 9 milyard funt ayırıldı...

Böyük Britaniyanın Müdafiə Nazirliyi nüvə başlıqlarını yeniləri ilə əvəz etmək planlarını açıqlayıb...

Poliqon xəbər verir ki, nüvə döyüş başlıqlarının təkmilləşdirilməsində “Vanguard” sinifli sualtı qayıqların “Dreadnought” sinifli sualtı qayıqlarla əvəz edilməsi kontekstində nəzərdə tutulur.

İlk belə sualtı qayığın 2030-cu illərin əvvəllərində xidmətə girəcəyi gözlənilir.

““Dreadnought" tipli ömür boyu çəkindirici vasitələrin effektivliyini təmin etmək üçün biz nüvə başlıqlarımızı da dəyişdirəcəyik. Həm “Dreadnought” sinifli sualtı qayıqlar, həm də bir-birini əvəz edə bilən döyüş başlıqları Böyük Britaniyada layihələndirilib və tikilib”, deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ordu növbəti 2 il üçün nüvə müharibəsinin qarşısının alınması üçün əlavə 3 milyard funt-sterlinq, növbəti 3 il üçün isə daha 6 milyard funt-sterlinq alıb.

London hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi “bir nəsildə açıq beynəlxalq nizama ən ciddi çağırışdır”. Avropa İkinci Dünya müharibəsinin bitməsindən bəri bu miqyasda münaqişə görməyib.

Müdafiə Nazirliyi qeyd edir ki, Ukraynada baş verənlərdən dərslər çıxarır. Beləliklə, mütəxəssislər Rusiyanın xüsusi təhdidlərindən “Challenger 2” tanklarının zirehli müdafiəsini gücləndirmək üçün də plan hazırlayıblar. Sənəddə 14 ədəd “Challenger 2”nin Kiyevə göndərildiyi təsdiqlənir.

Böyük Britaniya həmçinin Çinin sürətli hərbi modernləşdirilməsini və Hind-Sakit okean regionunda artan fəaliyyətini “böyük çağırış” adlandırır.

2021-ci ildə Böyük Britaniya özünün Kompleks Təhlükəsizlik, Müdafiə və Xarici Siyasət İcmalı nəşr edib və bu icmalı bütün nüvə sualtı qayıqlarını “Dreadnought” sinifli sualtı qayıqlarla əvəz etmək planlarını açıqlayıb. Sənəddə həmçinin ölkədəki nüvə başlıqlarının sayının 225-dən 260-a çatdırılacağı bildirilirdi.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu daha əvvəl bildirmişdi ki, 2022-ci ildə nüvə gücləri Rusiya-Ukrayna münaqişəsi fonunda yerləşdirilən nüvə başlıqlarının sayını artırır. 2023-cü ilin yanvar ayında 12 512 döyüş başlığından təxminən 9 576-sı potensial istifadə üçün anbarda idi ki, bu da 2022-ci ilin yanvarından 86 ədəd çoxdur.

Poliqon.info