Tramp Ukrayna müharibəsini bir gündə necə həll edəcəyini açıqlayıb...

Daha əvvəl Rusiya ilə Ukrayna arasındakı münaqişəni cəmi 24 saat ərzində həll etmək niyyətində olduğunu bildirən ABŞ-ın keçmiş prezidenti Donald Tramp Fox News telekanalına verdiyi son müsahibəsində öz fəaliyyət planını açıqlayıb...

Poliqon xəbər verir ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu qeyd edib və bu münaqişənin həlli üçün ona müraciət edəcəyini deyib.

O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskiyə də nizamlanmada fəal iştirak etməyi təklif edəcəyini vəd edib. Tramp razılığa gəlmək üçün birinə zəngin mükafat, digərinə isə puldan məhrumetmə vəd etməyi təklif edib.

ABŞ-ın keçmiş prezidenti Ukraynadakı münaqişənin “heç vaxt baş verməməli olduğunu” vurğulayıb və hər iki ölkə üçün dağıdıcı nəticələri qeyd edib. O, qarşıdurmalara və zorakılığa ən qısa zamanda son qoymaq əzmində olduğunu bildirib.

Tramp münaqişənin baha başa gəldiyinə də diqqət çəkərək, yüz minlərlə insanın öldüyünü, şəhərlərin dağıdıldığını vurğulayıb. O, raket hücumlarından sonra gördüyü dəhşəti izah edib və qurbanlara başsağlığı verib.

Poliqon.info