UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün “Linkoln”la cavab oyununu keçirəcək

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Poliqon.info xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllütariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar LiqasıI təsnifat mərhələsi, cavab oyunu19 iyul20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq)Baş hakim: Eldorjan Hamiti (Albaniya)Bakı Olimpiya Stadionu

Poliqon.info