Rusiya Türkiyədəki meşə yanğınları ilə mübarizəyə amfibya təyyarələri göndərib

Rusiya Türkiyədəki meşə yanğınları ilə mübarizədə bu ölkəyə iki amfibya təyyarəsi göndərib...

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, artıq amfibiya təyyarələri Türkiyəyə uçub.

“Rusiya Federasiyası Prezidentinin göstərişi və Türkiyə tərəfinin müraciətinə uyğun olaraq, Rusiyanın Fövqəladə Hallar İdarəsinin iki amfibiya təyyarəsi Rostov-na-Donudakı Platov hava limanından Muğla və İzmir şəhərlərinə uçdu. Türkiyə Respublikası iri meşə yanğınlarının söndürülməsi ilə mübarizə aparır”, - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Poliqon.info