Rusiya Ukraynada geri çəkildiyi ərazilərə yenidən hücum  - Video

Ukraynada müharibə davam edir...

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya ordusu Krım körpüsünün partladılmasından sonra cənub-şərq istiqamətində hücumları artırıb.

“Ötən gecə 40-dan çox hava hücumu olub. Bu hücumların əksəriyyətinin qarşısı alınsa da, bir qismi ciddi itkilərə səbəb olub”, - deyə jurnalist qeyd edib.

O həmçinin bildirilib ki, Rusiya ordusu son günlərdə Donetsk vilayətinin Baxmut və Avdeyevka şəhərlərinə hücumları artıraraq, geri çəkildiyi əraziləri qaytarmağa çalışır.

Poliqon.info