İran Britaniyada insanlara hücum etmək üçün kriminallara pul ödəyir...

İran, Rusiya, Çin və Şimali Koreya Britaniyada insanlara qarşı hücumlar həyata keçirmək üçün cinayətkarlara pul ödəyir...

Poliqon xəbər verir ki, bu barədə The Times nəşri Böyük Britaniyanın Milli Cinayət Agentliyinin rəhbəri Qrem Biqqara istinadən məlumatyayıb.

Qrem Biqqar bildirib ki, İran, Rusiya, Çin və Şimali Koreya məxfi xidmətləri cinayətkarlarla əlaqəyə keçir və onlara Britaniya vətəndaşlarına hücum etmək üçün pul verirlər. Britaniyanın Milli Cinayət Agentliyinin rəhbəri qeyd edib ki, bu cinayətkarlar bəzən hətta insanlar çün həyati təhlükəsi olan hücumlar həyata keçirməkdən belə çəkinmirlər.

Qrem Biqqar həmçinin Şimali Koreya və Rusiya məxfi xidmətləri kibercinayətkar qruplara vətəndaşların vəsaitlərini oğurlamağı tapşırırlar.

Poliqon.info