Türkiyədə faiz qərarı öncəsi dollar 27TL-yə yaxınlaşıb

Türkiyə valyutası iyulun 17-dən etibarən dollar və avro qarşısında yenidən dəyər itirməyə başlayıb və çərşənbə axşamı isə tarixi minimumunu yeniləyib...

"APA-Economics" xəbər verir ki, birjalarda Dollar/Türk Lirəsi məzənnəsi (USD/TRY) məzənnəsi 2,1% artaraq 26,94 lirə səviyyəsini test edib. Avro/Türk Lirəsi də 2,3% artaraq 30,37 TL səviyyəsinə çatıb.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı iyulun 20-də növbəti faiz qərarını açıqlayacaq. Analitiklər hesab edir ki, TMB-nin uçot dərəcəsini 5 faiz bəndi artıraraq 15%-dən 20%-ə qədər yüksəldəcək.

Poliqon.info