Baxmut addım-addım işğaldan azad olunur...

Baxmutun işğaldan azad edilməsi Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırskinin əsas məqsədidir...

Poliqon xəbər verir ki, bu barədə BBC-nin reportajında bildirilir.

Nəşr yazır ki, Ukrayna tərəfi şəhərin cənubunda və şimalında təxminən 30 kvadrat kilometr ərazini nəzarətə götürdüyünü iddia edir.

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski BBC-yə bildirib ki, əks-hücumlar çoxlarının gözlədiyindən də ləng gedir. “Biz çox tez nəticələr əldə etmək istərdik. Amma reallıqda bu, demək olar ki, mümkün deyil”, deyə general vurğulayıb.

General qeyd edib ki, ərazilər minalanıb, müdafiə sədləri quraşdırılıb, ona görə də qoşunların irəliləməsi çətindir. Lakin Sırskinin fikrincə, Ukraynanin Rusiya qarşısında bir danılmaz üstünlüyü var. Bu rəhbərliyin və əsgərlərin bir-birinə inamıdır.

Poliqon.info