Bakıda zibil qutusuna atılan körpənin vəziyyəti ağırdır - Yenilənib

Bakıda qandonduran hadisə...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda küçəyə atılan 10-15 günlük uşağın səhhəti barədə açıqlama verib.

TƏBİB-dən bildirilib ki, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib:

“Körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır”.

***

Bakıda küçəyə atılan 10-15 günlük uşağın yerləşdirildiyi xəstəxana məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, körpə Kliniki Tibbi Mərkəzin nəzdində olan Ə.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib.

***

Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

***

Poliqon Report- a istinadən xəbər verir ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.

Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib.

Körpənin bədəninin üzərində hər hansı xəsarət izləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info