Hadisə sevgi münasibətlərinə yaşıl işıq yandırdı

Məşhur müğənni Hadisə iş adamı Mehmet Dinçerler ilə 5 ay çəkmiş evliliyinin ardından sevgi məsələsinə uzun müddətli fasilə vermişdi.

Poliqon.info lent.az-a istinadən bildirir ki, Kiprdə konsert verən müğənni tamaşaçılarının suallarını da cavablandırıb.

O "Yenidən evlənəcəksinizmi?" sualına müsbət cavab verərək, gələcək sevgi münasibətlərinə yaşıl işıq yandırdığını deyib.

"Mən eşq qadınıyam, həyatımda aldığım bütün qərarları sevgiylə vermişəm" o bildirib.

Poliqon.info