Neft qiymətləri 80 dolları aşıb...

Pandemiyadan sonra iqtisadi dirçəlişin yaşanması Çində və digər ölkələrdə yanacağa olan tələbatı artırıb...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, London birjasında neftin barreli 80 dollardan yuxarı qalxıb.

Nəşr qeyd edir ki, qiymətin artmasına Səudiyyə Ərəbistanı və onun OPEC+ müttəfiqlərinin neft hasilatını azaltması da öz təsirini göstərir. Mütəxəssislər tələbin mövsümi olaraq artması ilə bazarda qiymətlərin daha da artacağını gözləyirlər.

Bloomberg yazır ki, üçüncü rübdə də qiymətlərin artmaqda davam etməsi riski var. Bu, həm də son vaxtlar yanacağın ucuzlaşmasından və inflyasiyadan faydalanan qlobal iqtisadiyyatı təhlükə altına atacaq. Ancaq “Brent” markalı neftin bir barelinin 80 dollara qayıtmasının böyük qiymət artımından xəbər verən dönüş nöqtəsi olub-olmayacağı hələ aydın deyil.

Poliqon.info