Çikaqo birjasında taxılın qiyməti artıb...

Rusiyanın bəyanatı taxılın qiymətlərinin artmasına səbəb oldu...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyanın taxıl müqaviləsinin bazar ertəsindən etibarən fəaliyyətini dayandıracağını elan etməsindən sonra Çikaqo birjasında buğda fyuçersləri 3,5% artıb.

Qeyd edək ki, Rusiyanın “taxıl sazişi”ndən çıxması Ukraynanın Qara dənizdən keçən əsas ticarət marşrutunu təhdid edir.

Poliqon.info