Rusitya ordusunda itaətsizlik artır - Komandirlərinin itaətsizliyi əsgərlərə də sirayət edir...

Kreml Gerasimov və Şoyqunun nüfuzuna meydan oxuyan komandirləri layiqincə cəzalandıra bilmir...

“Vaqner”lə əlaqəsinə baxmayaraq general Teplinskinin Ukraynada qoşunlara komandanlıq etməyə davam etməsi üçün Hava Desant Qüvvələri Rusiya Müdafiə Nazirliyini şantaj edir.

Poliqon xəbər verir ki, bu barəfə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında bildirilir.

ISW qeyd edir ki, Kreml Gerasimov və Şoyqunun nüfuzuna meydan oxuyan komandirləri layiqincə cəzalandıra bilmir. Kremlin və Müdafiə Nazirliyinin bəzi generalalrı komandanlıqdan uzaqlaşdırmaq və cəzalandırmaq cəhdləri alınmır. ISW yazır ki, böyük ehtimalla bu vəziyyət bəzi hərbiçilərin itaətsizliyini daha da artıracaq və komandirlər Kremlin Müdafiə Nazirliyinin rəhbərliyinə verdiyi dəstəyə getdikcə şübhə ilə yanaşacağı ümidi ilə ictimaiyyətin diqqətini münaqişələrə cəlb edəcək.

ISW vurğulayır ki, bu, zəif komansdirlərin döyüş meydanında daha az təsirli olmasına səbəb yol aça bilər.

Poliqon.info