Çin çiçəklənən dövrünü geridə qoydu?..

Çin iqtisadiyyatı kiçilməyə davam edir...

Çin iqtisadiyyatı ilin ikinci rübündə cəmi 0,8% böyüyərkən, 2023-cü ilin birinci rübündə ÜDM artımı 2,2% təşkil edib.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri yazır. Nəşr qeyd edir ki, yavaşlama Pekini iqtisadi artımı stimullaşdırmağa məcbur edir ki, bu da büdcə xərclərinin və ixracın azalmasına səbə ola bilər.

Çində uzun müddət davam edən daşınmaz əmlak böhranı və yerli idarə orqanlarının qeyri-müəyyən maliyyə vəziyyəti daha da çıxılmaz edir. Hazırda Çində 16-24 yaşlı Çinlilərin beşdə birindən çoxu iş tapa bilmir.

Buna baxmayaraq, illik yekun iqtisadi artım sürətlənib. Bunun səbəbi isə, Çinin Covid epidemiyası zamanı yaşadığı iqtisadi durğunluq və 2022-ci illə müqayisənin aparılmasıdır. Çin iqtisadiyyatının bu il hələ də 5% böyüməsi, hətta rəsmilər tərəfindən qoyulan hədəfi aşması gözlənilir.

Nəşr qeyd edir ki, faiz dərəcəsinin aşağı salınması Çinə çox kömək etməyəcək, çünki istehlakçılar və biznesmenlər borc almaq istəmirlər.

Əvəzində hökumət aztəminatlı ailələrə müavinətlər paylamalı, gəlir vergisini aşağı salmalı və ya xərclərin bir hissəsini vətəndaşlardan götürmək üçün sosial proqramlara xərcləri artırmalıdır.

WSJ yazır ki, Çin həddindən artıq borc yığılmasının qarşısını almaq üçün hələki mərhələli keçidə üstünlük verir.

Poliqon.info