KİV: Krım körpüsünə hücumu Ukrayna kəşfiyyatı həyata keçirib

Krım körpüsünə hücumu Ukrayna Kəşfiyyat Xidməti (SBU) həyata keçirib...

APA xəbər verir ki, bu barədə BBC-nin rus dili xidməti Ukrayna Kəşfiyyat Xidməti daxilindəki mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, qurumun daxilindəki mənbə BBC-yə hücumun “SBU” tərəfindən ölkə donanmasının xüsusi təyinatlıları ilə birgə həyata keçirilib.

Oxşar iddialar Ukrayna mətbuatında da paylaşılıb.

"SBU"-nun mətbuat katibi Andrey Yusov Ukrayna mətbuatına açıqlamasında insidentin səbəbləri barədə fikir bildirməyib, lakin körpünü “lazımsız struktur” kimi təsvir edib. O, həmçinin qeyd edib ki, Rusiyanın üzləşdiyi logistika çətinlikləri Ukrayna müdafiə qüvvələri üçün potensial üstünlüklər yarada bilər.

Poliqon.info