Qızı Namiqin konsertində səhnəyə çıxdı - Video, Foto

Meyxanaçı Namiq Qaraçuxurlu 14 il sonra ötən gün Yaşıl Teatrda konsert verib...

Poliqon axşam.az-a istinadən bildirir ki, sənətçi gecədə sevilən mahnılarını səsləndirib.

Maraqlı məqamlardan biri isə Namiqin qızı Saranın səhnəyə çıxaraq onunla şəkil çəkdirməsi olub.

Namiq isə övladı haqda "Çox təəccüblüdür ki, Sara heç vaxt belə şeylərə razı olmur. Efirlərdə görünməyi sevmir. Bilmirəm nə oldusa, iki gün əvvəl belə bir plan yox idi" sözlərini deyib.

Poliqon.info