İranda azərbaycanlı hüquqşünasın müəmmalı ölümü - Foto

İranda azərbaycanlı hüquqşünas Cəbrayıl Nozuhur qəzada həlak olub. Ancaq həmkarları bunun təsadüfi qəza olmadığını, bilərəkdən ödürüldüyünü düşünürlər.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə mərhum vəkilin həmkarı Sina Yusifi öz “Twitter” səhifəsində  yazıb.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının müstəqilliyinin  qayğısına qalan, siyasi və insan haqları ilə bağlı daim mübarizə aparan cəsur və əziz həmkarının öldürülməsinə səbəb hökumətin ədalətsiz hesabatlarına qarşı çıxması olub.

Poliqon.info