Qəbələdə ağır qəza: Ölənlər var - Yenilənib, Foto, Video

Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb...

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması iki və daha çox şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə cinayət işi başlanılıb.

***

Qəbələ rayonunun Nohurqışlaq kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, VAZ-2106 və VAZ-2101 markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü - 1966-cı il təvəllüdlü Akif Qara oğlu Abdurrəhmanov və 1988-ci il təvəllüdlü Anar Vüqar oğlu Nəsrullayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info