Antalyada termometrlər 46 dərəcəyə yüksəldi - Foto

Turizm şəhəri Antalyada həftənin əvvəlindən isti havaların təsiri artmağa başlayıb. Şəhərdəki termometrlər 46 dərəcəyədək yüksəlib.

Poliqon.info Trend-ə istinadən xəbər verir ki, dözülməz istilərdən küçələrdə və çimərliklərdə sıxlıq azalıb. Vətəndaşlar günəşdən qorunmaq üçün çətirlərdən istifadə ediblər.

Konyaaltıda Böyükşəhər Bələdiyyəsi saatının üzərindəki reklam lövhəsində termometr 46-nı göstərdi.

Poliqon.info