Salyanda iki avtomobil toqquşub, yaralılar var

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər...

Salyan şəhərinin mərkəzində baş verən yol-nəqliyyat hadisəsində dörd nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, VAZ-2107 və “Toyota” avtomobilləri toqquşub.

Qəza nəticəsində rayonun Qızılağac kənd sakinləri, 1982-ci il təvəllüdlü Zöhrə Balahəsən qızı Nağıyeva, 1989-cu il təvəllüdlü Musa Vaqif oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Rabil Əbülfəz oğlu Nağıyev və 1961-ci il təvəllüdlü Sona Allahverdi qızı Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info