Viktor Orban: Ukraynanı NATO-ya dəvət etmək dünya müharibəsinə səbəb olacaq...

Ukraynanı NATO-ya dəvət etmək növbəti dünya müharibəsinə səbəb olacaq, ona görə də müttəfiqlər haqlı olaraq Vilnüs sammitində belə bir addım atmaqdan çəkiniblər...

Poliqon xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosuna deyib.

"Əgər biz Ukraynanı NATO-ya daxil etsəydik, bu, dərhal müharibəyə səbəb olardı. Amma təəssüf ki, Qərbdə Ukrayna münaqişəsinin davam etdirilməsi lehinə düşmənçilik əhval-ruhiyyəsi hələ də hökm sürür", deyə Macarıstan hökumətinin başçısı bildirib.

"Qərbdəki sakinlər Ukraynada müharibə istəyirlər" deyən Orban baş naziri hesab edir ki, münaqişə uzun sürəcək və Macarıstan hökuməti buna hazır olmalıdır.

Poluqon.info