Dünya Qadın Seriyası: Azərbaycan millisi və "Neftçi" komandası mübarizəyə başlayır

3x3 basketbol üzrə Azərbaycan millisi və “Neftçi” klubu Dünya Qadın Seriyasının Kosovanın paytaxtı Priştinadakı mərhələsində bu gün mübarizəyə başlayır...

Yığma B qrupunda ilk matçını ABŞ seçməsinə qarşı keçirəcək.

Komanda daha sonra Macarıstanın “Qyor” kollektivi ilə üz-üzə gələcək.“Neftçi” isə D qrupunda ilk olaraq Niderland millisi ilə görüşək. “Ağ-qaralar” ikinci oyununu meydan sahiblərinə qarşı keçirəcəklər.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutanlar 1/4 finala vəsiqə qazanacaqlar. “Neftçi” daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.

Poliqon.info