Fransada sürət qatarında atəş səsləri eşidildi

Fransa polisi Annesidən Parisə gedən sürət qatarında atəş açan şəxsi saxlayıb...

Ölkə prokurorluğunun məlumatına görə, insident zamanı xəsarət alan olmayıb.

Məlumatda həmçinin qeyd olunur ki, qatarın 30 yaşlı sərnişini bıçaqla silahlanıb. O, mülki geyimli polis əməkdaşı ilə qarşılaşıb. Qarşıdurma zamanı, təcavüzkar asayiş keşikçisindən odlu silahı alaraq atəş açmağa müvəffəq olub. Lakin bundan sonra o, saxlanılıb.

Müstəntiqlər hadisənin başvermə şəraitini araşdırır.

Poliqon.info