Deputat Baş nazirin üstünə su tökdü, parlamentdə yumruq davası düşdü - Video

Kosovo parlamentində hakim “Öz müqəddəratını təyinetmə” Partiyası ilə müxalif Demokratik Partiyasının (DPK) deputatları arasında dava düşüb...

Poliqon “Kosovo Online” kanalına istinadən xəbər verir ki, qarşıdurma Baş nazir Albin Kurtinin çıxışı zamanı başlayıb.

“Hadisə DPK deputatı Mergim Luştaku Kurtiyə yaxınlaşaraq üzərinə su tökəndən sonra başlayıb. Bu zaman baş nazirin müavini Besnik Bislimi Luştağa su butulkasını atıb, bundan sonra ümumi itələmə və yumruq davası başlayıb. Məclis sədri Glyauk Konyufka polisdən müdaxilə etməsini istəyib. Dava 10 dəqiqə davam edib. Təhlükəsizlik əməkdaşları Kurtini təhlükəsiz yerə aparıb”, deyə xəbərdə bildirilir.

Məlumata görə, insidentə müxalifətin Kosovo hökumətini tənqid etməsi olub. Portal vurğulayır ki, Kurtidən Priştinanın regionda və bütövlükdə Belqradda serb azlığı ilə problemlərin həlli ilə bağlı ABŞ-ın tövsiyələrinə niyə əməl etmədiyini izah etməsi tələb olunub.

Poliqon.info