Ermənistanın xarici işlər naziri Portuqaliyada rəsmi səfərdədir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Portuqaliyanın paytaxtı Lissabonda rəsmi səfərdədir.

“Report” xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, səfər iyulun 13 və 14 tarixlərini əhatə edəcək.

Bildirilib ki, A.Mirzoyan sfər çərçivəsində portuqaliyalı həmkarı və qanunverici orqanın nümayəndələri ilə görüşəcək.

Poliqon.info