Robert Kennedidən Bayden və FTB-yə ağır ittihamlar...

Demokratlar Partiyasından prezidentliyə namizəd Robert Kennedinin sözlərinə görə, FTB ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə siyasiləşib...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb. Kennedibildirib ki, FTB hakimiyyətin siyasi rəqibləri ilə bağlı məlumatları sıxışdırıb və ya senzura tətbiq edib.

Kennedinin sözlərinə görə, o, özü də ABŞ hökumətinin müqaviməti ilə üzləşib:

“Mən Bayden administrasiyası tərəfindən senzuraya məruz qalan ilk şəxs oldum. Hələ də senzuraya məruz qalıram. Biz bilirik ki, FTB bu senzurada, eləcə də bir çox digər federal qurumlarda iştirak edir”, deyə siyasətçi bildirib.

Prezidentliyə namizəd həmçinin əlavə edib ki, Ağ Ev Twitter və "Facebook-dan prezident Baydenin andiçmə mərasimindən iki gün ərzində senzuraya keçməsini xahiş edib. Kiçik Kennedi vurğulayıb ki, söhbət onun koronavirus pandemiyası, o cümlədən COVID-19-a qarşı peyvəndlə bağlı yazılarının silinməsindən gedib.

Poliqon.info