Finlandiyalı siyasətçi 15 il sonra üzr istədi: Mükəmməl insan deyiləm...

Finlandiyada yeni qurulan koalisiya hökumətinin tərəfdaşlarından biri olan “De Sande Finner” (Real Finlər) Partiyasının lideri, maliyyə naziri Riikka Purra 15 il əvvəl internetdə yazdığı bir sıra irqçi şərhlərə görə üzr istəyib...

Poliqon xəbər verir ki, Purranın üzr istəməsi BBC də daxil olmaqla bir çox beynəlxalq mediada işıqlandırılıb.

Purranın 15 il əvvəl şərhlərində “Türk meymunları” ifadəsi, somalili mühacirlər haqqında irqçi ritorika, “əllərində silah varsa, şəhərətrafı qatarda insanların güllələnməsi” tələbi, Helsinkidə dilənçilərin üzərinə tüpürməsi və Afrika əsilli uşaqları döymək istəməklə bağlı şiddətli yazılar yer alıb.

Partiya lideri üzr mesajında səbəb olduğu qəzəb və narahatçılığa görə peşman olduğunu yazıb.

“Mən mükəmməl insan deyiləm, səhvlər etmişəm. Bəzi mətnlər kontekstdən çıxarıldıqda və indi qiymətləndirildikdə daha da pis görünür. Mən heç bir zorakılıq, irqçilik və ayrı-seçkiliyi qəbul etmirəm”, deyə Riikka Purra bildirib.

Poliqon.info