Yelisey Sarayına içində insan barmağı olan bir məktub yollayıblar...

Fransa prezidentinin iqamətgahı olan Yelisey sarayına içində insan barmağının olduğu paket gəlib...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən Valeurs Actuelles nəşri məlumat yayıb. Nəşr yazır ki, barmağın aid olduğu tapılıb.

Yelisey sarayının yazışma xidməti məktubu təxminən iyulun 9-10-da alıb. Nəşr qeyd edir ki, bu, iyulun 14-də milli bayram olan Bastiliya Günü ərəfəsində baş verib.

Nəşrin məlumatına görə, barmağın sahibi olan şəxs artıq tapılıb. Onun şəxsiyyəti və motivləri barədə təfərrüatlar verilmir.

Valeurs Actuelles-in yazdığına görə, tapılan barmaq polislərin yeməkləri saxladığı soyuducuya yerləşdirilib.

Yelisey Sarayı insidentlə bağlı şərh verməkdən imtina edib.

Poliqon.info