Makron İranı NATO-nun düşməni hesab etmir...

Fransa prezidenti Emmanuel Makron Rusiyanı silahla təchiz etməkdə ittiham olunan İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib...

Fransa prezidenti Emmanuel Makron Qərbin Tehranı Rusiyanı PUA-larla təchiz etməkdə və dünyada vəziyyətin sabitliyini pozmaqda ittiham etməsinə baxmayaraq, İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib.

Poliqon xəbər verir ki, Makron bu barədə NATO-nun Vilnüs sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.

Qeyd edək ki, Vilnüsdə keçirilən NATO sammitinin birinci gününün yekunlarına əsasən, alyans ölkələri İranı “Rusiyaya hərbi dəstəyi” dayandırmağa çağırıb. Həmçinin blokdakı müttəfiqlər öz ərazilərində iddia edilən “İranın pis niyyətli hərəkətlərindən” narahat olduqlarını bildiriblər.

Makron NATO-nun Vilnüs sammitindən sonra keçirilən mətbuat konfransında izah edib ki, alyansın məqsədi “hər həftə düşmən elan etmək deyil, lazım olan yerdə təzyiq göstərməkdir”. Oxşar şəkildə Fransa lideri İrana qarşı çoxsaylı ittihamların Tehranın Şimali Atlantika blokunun düşməninə çevrilməsi demək olub-olmaması bağlı sualını cavablandırıb.

Poliqon.info