Medvedev Ukrayna-NATO Şurasının taleyi ilə bağlı proqnoz verib

Ukrayna-NATO Şurası öz fəaliyyətini dayandıracaq, çünki tərəflərdən biri yox olacaq...

Poliqon xəbər verir ki, bu fikri çərşənbə günü, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Siyasətçi özünün Twitter səhifəsində yazıb ki, Rusiya-NATO Şurası 2002-ci ildə yaradılıb və “onun necə bitdiyini hamı bilir”.

Medvedevin fikrincə Ukrayna-NATO Şurasıında isə hər şey başqa cür bitəcək:

“Ukrayna-NATO Şurası öz fəaliyyətini dayandıracaq, çünki onun tərəflərindən biri yox olacaq”, deyə Rusiya rəsmisi yazıb.

Qeyd edək ki, iyulun 12-də NATO-nun Vilnüs sammiti zamanı Alyansın Baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının yaradılmasını rəsmən elan edibBu Şura 1997-ci ildən fəaliyyət göstərən eyniadlı komissiyanı əvəz edəcək.

Poliqon.info