FIFA “Ən-Nəsr”ə transfer qadağası qoydu

FIFA Əhməd Musanın transferi üçün yaranan borca ​​görə “Ən-Nəsr” klubuna transfer qadağası qoyub.

Məlumata görə, klub Musanın transferi üçün “Lester”ə bonuslar ödəməyib.

Futbolçu Səudiyyə klubunda oynayarkən oyun səviyyəsi ilə bağlı 460 min avro mükafat ödənilməsi bəndini aktivləşdirib.

İdman mənkəməsi “Lester”in xeyrinə qərar versə də, bonuslar ödənilməyib. (oxu.az)

Poliqon.info