Bolton Ukraynanın NATO-ya üzvlüyü barədə danışıqları vaxt itkisi hesab edir...

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Qərbdə aktiv şəkildə müzakirə olunan Ukraynanın NATO-ya daxil olması mövzusunu şərh edib...

Poliqon xəbər verir ki, Bolton Ukraynanln NATO üzvlüyünü Amerikanın LBC radiostansiyasına şərh edib.

Siyasətçi hazırkı vəziyyəti Buxarestdə keçirilən sammitdə Corc Buşun Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına daxil edilməsini sürətləndirməyi təklif etdiyi “2008-ci il səhvinin” təkrarı adlandırıb.

“Buxarest sammiti Ukrayna və Gürcüstanın nəticədə NATO üzvü olacağına dair bəyanatla yekunlaşdı. Bu, NATO ilə Rusiya sərhədləri arasında boz sahə yaratdı”, deyə Bolton xatırladıb.

Boltonun fikrincə, hazırkı vəziyyət həm də Rusiyanın lehinədir, çünki bu, Kremlə NATO daxilində parçalanmaları göstərir.

“Hesab edirəm ki, bütün bu hekayə vaxt itkisidir və Rusiyaya alyansdakı fikir ayrılıqları barədə siqnaldır”, deyə Bolton bildirib.

Poliqon.info