Medvedev: NATO-ya daxil olmaq istəyinə görə Kiyev rejimini məhv etməliyik...

Rusiyanın sabiq prezidenti Dmitri Medvedyev Ukraynanını ypx etməklə hədələyib...

Poliqon xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Telegram kanalında NATO sammitində qəbul edilən qərarları şərh edən bəyanat yayıb.

Medvedev müharibənin əvvəlki məqsədləri ilə davam edəcəyini vurğulayıb və qeyde dib ki, bu məqsədlərdən biri də Kiyev rejiminin NATO-ya üzvlükdən imtinasıdır.

“Kiyev rejiminin hərbi bloka qoşulmaqdan imtinası mümkün olmasa, bu rejimin ləğvi ilə bağlı qərar veriləcək”, deyə Medvedyev vurğulayıb.

“Aydındır ki, bütün bu hadisələrin bizim üçün müəyyən nəticələri var. Biz əvvəlki məqsədlərimizi qoruyaraq “xüsusi hərbi əməliyyatı” davam etdirəcəyik. Əsas məqsədlərdən biri Kiyev “nasist” qruplaşmasının NATO-ya üzvlükdən imtina etməsidir”, deyə Rusiyanın sabiq prezidenti bildirir.

Medvedyev həmçinin əlavə edib: “Beləliklə, məqsədimizə nail olmaq mümkün olmasa, biz bu qrupu məhv etməyə məcbur olacağıq”.

Poliqon.info