“Qarabağ”dan əzmkar qələbə

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda mübarizəyə başlayıb...

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan Ağdam klubu yarışa I təsnifat mərhələsinə qələbə ilə start verib.

Qurban Qurbanovun yetirmələri “Linkoln”la üz-üzə gəlib. "Qarabağ” bu duelin aşkar favoriti sayılırdı və turnirə qələbə ilə başlayıb. Meydan sahibləri fasiləyə üstün yollanıblar. Rəqibin heyətində Qomes fərqlənib. İkinci hissədə hücumlarını kəskinləşdirən "Qarabağ" Çıxa ilə bərabərlik qolunu vurub. Son saniyələrdə isə meydana sonradan daxil olan Benzia qələbə qolunun müəllifi olub.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

11 iyul

19:30. “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) - 1:2

Qollar: Qomes 25 - Cica, 58. Benzia, 90+4

“Linkoln”: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 6. Bernardu Lopeş (k), 9. Kike Qomes, 10. Liam Uoker, 11. Xuampe, 20. Mustafa Yahaya, 21. Nano, 66. İtan Britto, 24. Con Sarcent, 88. Mandi

Ehtiyat oyunçular: 13. İvan Villanueva, 1. Nauset Santana, 29. Roy Çipolina, 31. Skyortino, 33. Cumaney Börnet, 4. Samson Acayi, 77. Klinton, 99. Santi Luke, 7. Li Kasyaro, 19. Xuan Penya

Baş məşqçi: Xavyer Munyos

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 19. Redon Cica, 90. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 11. Adama Diakabi, 17. Hamidu Keyta

Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Vitaliys Spasyonnikovs (Latviya)

Cəbəllütariq. “Viktoriya” stadionu

Poliqon.info