"Formula 1": Niderlandlı pilot komandadan qovulub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Tauri" pilotu Nik de Vris komandadan qovulub.

"Report" xəbər verir ki, bu barədə 28 yaşlı niderlandlı sürücünün ailəsi ilə yaxın münasibətdə olan şərhçi Allard Kalff sosial şəbəkədə bildirib.

Qeyd edək ki, Nik de Vris aprelin 30-da Bakıda keçirilmiş Azərbaycan Qran-prisində yarışı sonadək davam etdirə bilməyib.

Poliqon.info