Fransa Ukraynaya uzaqmənzilli raketlər göndərəcək

Makron Fransanın Ukraynaya uzaqmənzilli “Skalp” raketlərini tədarük edəcəyini açıqlayıb...

Fransa Ukraynaya uzaqmənzilli raketlər verəcək.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Vilnüsdə NATO sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Emmanuel Makron Fransanın Ukraynaya uzaqmənzilli “Skalp” raketlərini tədarük edəcəyini açıqlayıb.

“Silah və texnika tədarükünü artırmaq qərarına gəldim”, - Makron qeyd edib.

Xatırladaq ki, artıq Böyük Britaniya "Storm Shadow"adı altında Ukraynanı uzaqmənzilli raketlərlə təmin edib.

Poliqon.info