ABŞ-ın “Qiyamət təyyarəsi” Vilnüsə gəldi

NATO sammitinin keçiriləcəyi Vilnüsə Amerikanın “Qiyamət təyyarəsi” “Boeing 747-E4B” eniş edib...

Poliqon xəbər verir ki, bunu “Flightradar24” xidmətinin məlumatları sübut edir.

Resursun məlumatına görə, təyyarə iyulun 10-da günortadan sonra ABŞ-ın “Endryus” aviabazasının yerləşdiyi Merilend ştatının Kemp-Sprinqs şəhərindən havaya qalxıb və çərşənbə axşamı səhər tezdən Litvanın paytaxtına enib. Uçuş zamanı layner 9 saatdan çox havada olub.

Bu təyyarə “qiyamət günü” təyyarəsi adlanır, çünki o, nüvə müharibəsi zamanı yerüstü idarəetmə strukturları məhv edildiyi və ya zədələndiyi halda ABŞ-ın prezidenti, müdafiə naziri və yüksək səviyyəli hərbi rəhbərliyinin digər üzvləri üçün nəzərdə tutulub. Apokaliptik mühərriklər havadan yanacaq doldurmaqla bütün həftə uçuşda qala bilər. Təyyarədə olan bütün avadanlıqlar nüvə partlayışının zərərverici faktorlarından qorunur. Hər bir maşın yüz adamı havaya qaldırmağa qadirdir.

“Boeing E-4B Nightwatch” “Boeing 747-200”ün dəyişdirilmiş versiyasıdır. “Business Insider”in məlumatına görə, 1970-ci illərdən bəri ABŞ-da 4 belə təyyarə istehsal edilib.

Poliqon.info