ABŞ Avropanın təhlükəsizliyinə 35 milyard dollar xərcləyib

2015-ci ildən bu yana ABŞ hakimiyyəti Avropanın müdafiə ehtiyaclarına 35 milyard dollar xərcləyib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Hesablama Palatasından məlumat verilib.

Palatadan bildirib ki, Pentaqonun Avropa təşəbbüsü “Avropalı müttəfiqlərin hərbi hazırlığının artırılmasına və Rusiyanın təcavüzünün qarşısını almağa kömək edir”.

Hesablama Palatasının saytında yerləşdirilən press-relizdə deyilir ki, 2015-ci ildən bəri ABŞ bu təşəbbüs vasitəsilə qoşunlarının Avropada yerləşdirilməsinin dəstəklənməsi kimi fəaliyyətlərə 35 milyard dollar xərcləyib.

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, Avropa İttifaqı 2013-cü illə müqayisədə hərbi xərclərini 30% artırıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2022-ci ildə qlobal hərbi xərclər 2,224 trilyon dollara çataraq yeni rekorda imza atıb. Ən dramatik artımı Avropa qitəsi, xüsusilə Şərqi və Mərkəzi Avropa ölkələri təmin edib.

Poliqon.info