Siril Ramafosa gələn ilki seçkilərdə parlamentdə üstünlüyü itirə bilər...

Cənubi Afrika Prezidenti Siril Ramafosa gələn il keçiriləcək parlament seçkilərində çoxluğu itirə biləcəyindən narahatdır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Agentlik yazır ki, Siril Ramafosa, hakim partiya Afrika Milli Konqresinin (ANC) gələn ilki seçkilərdə tparlamentdə əksəriyyəti itirmək təhlükəsilə üzləşdiyini görüb və buna görə də kabinetinə əsas problmləri həll etmək üçün altı aylıq vaxt verib.

Bloomberg qeyd edir ki, keçirilən rəy sorğuları əhalinin yüksək işsizlik, yoxsulluq, enerji böhranı və qeyri-adekvat dövlət xidmətləri ilə bağlı narazılığını göstərir.

ANC-nin Milli İcraiyyə Komitəsi qarşısında çıxış edən Ramafosa vurğulayıb ki, bəhanələrə yer olmayacaq və müəyyən edilmiş prioritetlər həyata keçirilməlidir. Cənubi Afrika prezidenti dövlət qurumlarının dağılmasını korrupsiya və əvvəlki administrasiyanın talançılığı ilə izah edib.

Çətinliklərdən danışan Ramafosa tez bir zamanda problemlərin həllinin mümkün olmayacağını etiraf edbi və hökumətinin üzləşdiyi problemləri həll etmək üçün hərtərəfli səy göstərməyin zəruriliyini vurğulayıb.

Poliqon.info