Enrike İqlesias gizlincə  evlənib

Dünya şöhrətli pop ulduz Enrike İqlesias və Anna Kurnikova gizli evləniblər...

Poliqon bizim.media-ya istinadən bildriir ki, müğənninin qardaşı, kiçik Hulio İqlesias bu barədə İspaniya televiziyasına müsahibəsində danışıb.

Hulio aparıcı Sonsoles Oneqa ilə söhbəti zamanı təsadüfən Enrikenin şəxsi həyatını üzə çıxarıb.

O bildirib ki, qardaşı sadəcə olaraq böyük şənlikləri və ictimaiyyətin diqqətini sevmir, ona görə də böyük toy etməkdən boyun qaçırıb: Ətraflı

"Ancaq Enrike 25 ilə yaxındır ki, Anna ilə münasibətdədir və onların üç gözəl övladı var".

Qeyd edək ki, Enrike İqlesias və Anna Kurnikova rusiyalı tennisçinin müğənninin sevgilisini canlandırdığı "Escape" mahnısına çəkilən klipin çəkiliş meydançasında tanış olublar.

O vaxtdan bəri cütlük ayrılmayıb, ancaq qapalı həyat tərzi sürüblər, buna görə də ictimaiyyət ailələri haqqında çox az məlumatlı olub. Cütlüyün üç övladı var. 2017-ci ildə Anna əkizlər Nikolay və Lyusini, iki il sonra isə qızı Maşanı dünyaya gətirib.

Poliqon.info