Ərdoğan NATO sammitində iştirak etmək üçün Litvaya yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Litvaya yola düşüb.

“Report” xəbər verir ki, o, bu gün dövlət və hökumət başçıları ilə görüşəcək.

Qeyd edək ki, sammit sabah, iyulun 11-də başlayacaq və 2 gün davam edəcək.

Toplantıda müzakirə ediləcək əsas mövzular Ukraynadakı müharibə və İsveçin Alyansa üzvlüyü olacaq.

Poliqon.info