Rusiya Müdafiə Nazirliyi Gerasimovun işinin başında oduğunu bildirib...

Rusiya Müdafiə Nzirliyi Valeri Gerasimovun vəzifədən alınması ilə bağlı xəbərləri qeyri-rəsmi qaydada təkzib edib...

Rusiya Federasiyası Baş Qərargahının rəisi – Xüsusi Hərbi Əməliyyat Zonasında Birləşmiş Qüvvələr Qrupunun komandanı Gerasimov Aerokosmik Qüvvələrin Baş Qərargah rəisi Afzalovun 4 Ukrayna raketinin məhv edilməsi ilə bağlı məruzəsini dinləyib.

Poliqon xəbər verir ki, bu barədə bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyi məlumatyayıb.

Nazitliyin məlumatında qeyd olunur ki, iyulun 9-da Ukraynanın S-200 zenit-raket komplekslərindən Krım, Rostov və Kaluqa bölgələrinə zərbələr endirmək cəhdi uğursuz olub və bu barədə Aerokosmik Qüvvələrin Baş Qərargah rəisi Rusiya Baş Qəragah rəisinə məruzə edib.

Bundan başqa Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Gerasimov QRU rəisi və birləşmiş qruplaşmanən komanda məntəqəsinin rəhbəri qarşısında Ukraynanın S-200 raketlərinin və digər zərbə silahlarının buraxılış mövqelərinin müəyyən edilməsi və məhv edilməsi vəzifəsini qoyub.

Poliqon.info